ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş Vaşinqtonda gözlənilən şiddətli qarla əlaqədar təxirə salınıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
“Prezident Tramp Almaniya kansleri ilə telefon danışığı aparıb. Tərəflər qeyri-sabit hava şəraiti əlaqədar görüşün cümə günü, martın 17-ə keçirilməsi barədə razılığa gəliblər. Danışıqların gündəliyi dəyişməz qalıb”, deyə Ş.Spayser bildirib.
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olmalı idi.