“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib.
"ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib.