Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı və birinci xanım əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxıblar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib.