Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq avqustun 13-dən 22-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 7 yanvar 2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, sərnişinlər Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərlər.