|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan energetiklərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" 19 oktyabr 2017-ci il tarixli sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə Energetika Nazirliyinin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazir Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan prezidentə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.
Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Amil Mürsəliyevi, Akif Əfəndiyevi və Pərviz Qəribzadəni təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.