Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayev iyunun 8-də Oğuzda Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 10:00-dan başlayacaq qəbul Oğuz Olimpiya İdman Kompleksində (Ünvan: Heydər Əliyev küçəsi, 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələri ilə İqtisadi İnkişaf Nazirliyinə müraciət edə bilərlər: