|
|
|
|
Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 6 sərhəd polisi həlak olub.
APA-nın xəbərinə görə, bu barədə Pajvak agentliyi məlumat yayıb. Hadisə nəticəsində daha 6 nəfər xəsarət alıb. Partlayış Gilmend vilayətində baş verib.
Hadisənin təfərrüatları araşdırılır.