|
|
|
|
Nyu-York qubernatoru Endrü Kuomo sərt hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib, Con Kennedi adına hava limanı müvəqqəti olaraq işini dayandırıb.
APA-nın məlumatına görə, bu barədə Endrü Kuomo "Twitter" səhifəsində yazıb.
Fövqəladə vəziyyət rejimi həmçinin Uestçester və Lonq Aylənd şəhərlərində tətbiq edilib.
Sinoptiklər qar çovğununun bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.