|
|
|
|
ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın sonunda İsrail, İordaniya və Misirə səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat-xidməti məlumat verib.
“Vitse-prezident Pens prezident Donald Trampın adından İsrail, İordaniya və Misirə səfər edəcək. Səfərin yanvarın 19-dan 23-dək baş tutacağı planlaşdırılır”, məlumatda deyilir.
Qeyd edək ki, Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib.