|
|
|
|
Azərbaycan Turizm və Menecment Universitetində BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüş keçirilib.
Görüşdə universitetin rəhbərliyi - rektor İlham Mədətov başda olmaqla, prorektor və kafedra müdirləri, dekanlar və müvafiq şöbələrin müdirləri iştirak ediblər.
Rektor İlham Mədətov ölkəmizin turizm potensialı, turizmin inkişafına yönəlik həyata keçirilən müxtəlif dövlət layihələri, eləcə də universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri çərçivəsində aparılan tədris metodları, beynəlxalq əlaqələr, əldə edilən uğurlar və nailiyyətlər barədə geniş məlumat verib.
BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib, ölkəmizin turizm imkanları və DTT ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif turizm təşkilatlarının mövcud əlaqələri haqqında fikirlərini bildirib.
Sonda universitetin kafedra müdirləri çıxış edərək ümumi tədris prosesi və təşkilatın bu istiqamətdə əməkdaşlığı ilə bağlı öz fikirlərini bildiriblər.