|
|
|
|
“Şimali Koreya ABŞ tərəfinə Koreya yarımadasının nüvəsizləşdirmə prosesinə hazır olduğunu təsdiqləyib”.
APA-nın “Voice of America” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.
O qeyd edib ki, Vaşinqton və Pxenyan planlaşdırılmış danışıqlara çox ciddi yanaşır.
Onun sözlərinə görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi iyunun 12-də Sinqapurda baş tutacaq Tramp-Kim Çen In sammitinin nəticəsi ola bilər.
O, həmçinin qeyd edib ki, əgər diplomatik proses yolunda getməsə, Şimali Koreya ilə münasibətdə sanksiyalar daha sərtləşəcək.
O əlavə edib ki, nüvəsizləşdirmə Şimali Koreya qarşısında yeni imkanlar yaradacaq.