|
|
|
|
ABŞ və Misirin Silahlı Qüvələri sentyabrda birgə hərbi təlimlər keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildiriblər.
Məlumata əsasən, Yaxın Şərq və Afrikada ən böyük sayılan "Bright Star - 2018" adlı təlimlərdə 800-ə yaxın amerikalı hərbçi iştirak edəcək.
Təlimlər İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Məhəmməd Nahib adına hərbi bazada 8-80 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Bright Star - 2018" hərbi təlimləri ilk dəfə 1980-cı ildə keçirilib.