|
|
|
|
"Taliban" radikal hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Cauzcan vilayətində rayonlardan birini ələ keçiriblər.
Trend-in məlumatına görə, rayonun ələ keçməsi ilə bağlı xəbəri vilayət məmuru təsdiq edib.
Bildirilir ki, rayon ələ keçirilməmişdən öncə polislərlə qarşıdurma olub. Qarşıdurmalarda 7 polisin öldürüldüyü qeyd edilir.
Hazırda rayonun "Taliban"ın tam nəzarətinə keçdiyi bildirilir.