|
|
|
|
Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.
“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.
"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.
Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.
Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.