|
|
|
|
“Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsinə ehtiyac yoxdur”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın vitse-spikeri Tamar Çuqoşvili bildirirb.
Onun fikrincə, növbədənkənar iclaslar üçün müzakirəsi təklif olunan məsələlərlə bağlı tələsmək lazım deyil:
“Parlamentin üzərində çalışdığı bütün məsələlər sentyabra qədər gözləyə bilər. Biz bu mövzulara qayıda bilərik. Nöbədənkənar iclaslara ehtiyac yoxdur”.
Qeyd edək ki, qonşu ölkə parlamentində növbədənkənar iclasların keçirilməsi planlaşdırılırdı. Toplantılarda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı proporsional sistemə keçid, majoritar sistemin isə ləğvi məsələsinin müzakirələri nəzərdə tutulurdu.