https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

UEFA prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

"Report"un məlumatına görə, sloveniyalı funksioner "Sportschau"ya müsahibəsində hələlik situasiyanı diqqətlə izlədiyini bildirib.

"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat yox, idman qurumuyuq. Siyasi mübarizəyə bağlanmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək" deyən Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.


Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.