https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Berti Foqts: "İtaliya və Xorvatiya asan rəqiblərdir"

Berti Foqts: "İtaliya və Xorvatiya asan rəqiblərdir"

"Almaniyanın Braziliya üzərində qələbəsi yox, oyunda qeydə alınan hesab təəccüblü oldu. Mən Almaniya və ya digər Avropa komandasının Braziliyanı məğlub edəcəyini bilirdim. Oyundan öncə 4:1 hesabını proqnoz versəydim, mənim dəli olduğumu düşünərdilər".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniya yığmasının "DÇ-2014"ün yarımfinalında Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsinə münasibət bildirən 67 yaşlı mütəxəssis bu haqda belə deyib: "Braziliya belə hesabla uduzduğu üçün məyus oldum. Çünki bu komanda hər zaman dünya çempionatlarında yaxşı oyunu ilə seçilib. Lakin Almaniya da güclü komandadır. Yoahim Löv rəqibi yaxşı analiz etmişdi və onun komandası taktiki cəhətdən oyuna hazır idi. Bu da özünü oyunun nəticəsində göstərdi".

Hollandiya millisinin "DÇ-2014"ün finalına yüksələ bilməməsinə toxunan almaniyalı mütəxəssis "narıncılar"ın problemlərindən danışıb: "Almaniya finalda Hollandiya ilə qarşılaşsaydı, daha yaxşı olardı. Lakin onları, Aryen Robbeni, Robin van Persini yaxşı tanıyırıq. Hollandiya millisinin problemi ondadır ki, bu komandanın çox az futbolçusu böyük klublarda oynayır".

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi kimi dünya çempionatına yollanan Berti Foqts millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibləri haqda da danışıb: "Azərbaycan millisi ilə müqaviləm var. Komandamı "Avro-2016"nın seçmə mərhələsinə hazırlamalıyam. İlk oyunumuz Bolqarıstana qarşı olacaq. Sonra İtaliya və Xorvatiya ilə qarşılaşacağıq. Bunlar asan rəqiblərdir (gülür). Bunu siz də görəcəksiniz".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.