|
|
|
|
Yaponiyanın “Junichi Sampei” memarlıq şirkəti superkompakt evlər üzrə ixtisaslaşıb.
AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, memarların layihələndirdiyi superkompakt “Sendviç ev” Tokio şəhəri ətrafında- binaların arasında quraşdırılıb.
Beton əsaslı bina uzaqdan quş yuvasını xatırladır. Altında qaraj yerləşən binanın birinci mərtəbəsində yataq, yuxarı mərtəbəsində isə qonaq və mətbəx otaqları yerləşir. Yeraltı anbara giriş də birinci mərtəbədəndir.
Bütün otaqlar geniş olmaqla təbii işıq baxımından da zəngindirlər.