|
|
|
|
Mayın 6-da Belarus Respublikasının Xalq artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun müşayiəti ilə Niyazinin mənzil-muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonağa maestronun həyat və yaradıcılığı, musiqi mədəniyyəti tarixində əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verilib.
Muzeyə heyranlığını bildirən Vyaçeslav Voliç öz təəssüratlarını muzeyin “Qonaqlar kitabı”nda qeyd edib.