https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

“Top futbolçunun üzünə dəyəndə penalti verirlər?”

“Top futbolçunun üzünə dəyəndə penalti verirlər?”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ”a qarşı oyunundan (1:2) sonra mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, o bildirib ki, hər iki komandanın ifasında yaxşı oyun izləyiblər: “Amma ötən il də demişdim, indi yenə təkrar edirəm, bu il də hakimlərin haqsızlığı ilə üzləşdiyimizi görürük. Biz hər zaman komandamızı müdafiə etməliyik. Mənim istəyim evə getməkdi. Burda qala bilmirəm. Amma futbolçularımı belə psixolji durumda qoyub gedə bilmərəm. Dediklərim “Qarabağ”a aid deyil. Onların çox yaxşı baş məşqçiləri var. “Qarabağ” yaxşı komandadır”.

R.Qriqorçuk görüşün baş hakimi Rəhim Həsənovun 86-cı dəqiqədə qapılarına penalti təyin etməsinə də toxunub: “Fikrimcə, ümumilikdə Azərbaycan hakimləri işini yaxşı bacarır. Amma necə ola bilər ki, futbolçunun üzünü top dəyəndə penalti verirlər? Bunu başa düşə bilmirəm”.

R.Qriqorçuk “Son dəqiqədə komandanı meydandan çıxarmaq istəyirdiniz?” sualına belə cavab verib: “Sadəcə istədim ki, futbolçularım münaqişəyə qoşulmasın”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.