https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

“Formula-1”in Bakı mərhələsinin adı və tarixi dəyişdirildi

“Formula-1”in Bakı mərhələsinin adı və tarixi dəyişdirildi
Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) Vyanada baş tutmuş Baş Assambleyasında maraqlı qərarlar verilib.

Apasport.az saytının məlumatına görə, bu qərarların içində Azərbaycanla bağlı olanlar da var.
 
Belə ki, ötən il ilk dəfə ölkəmizdə baş tutmuş “Formula-1” üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.
 
Bundan əlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.
 
Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün “Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra, noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.