Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür.
1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb.
Peşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamına müvafiq olaraq təsis edilib.
1492-ci il. Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib.
Haitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.
2002-ci il. Avropa Komissiyası tütün yetişdirməkdən imtina edib, başqa bitkilərin yetişdirilməsini mənimsəyən hər bir fermerə təqribən 300 min avro ödəmək barədə qərar qəbul edib.