https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

Çingiz Hüseynzadə: “Onun qızıl medalı paslansaydı, bizə deyərdi”

Çingiz Hüseynzadə: “Onun qızıl medalı paslansaydı, bizə deyərdi”
“Bu barədə məlumatım yoxdu. İlk dəfə sizdən eşidirəm. Amma bu məsələ ilə əlaqədar bizə heç bir müraciət daxil olmayıb”.

Bunu apasport.az saytına Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
 
Rio Yay Olimpiya Oyunlarının mükafatçıları ciddi problemlə üzləşiblər. Yarışda qazanılan medallarda paslanma müşahidə olunur. Ötən il Braziliyada mükafat qazanan idmançılardan 130-u artıq medalını təşkilatçılara qaytarıb. Buna səbəb onun üzərində qara ləkənin “peyda olması” və paslanmağa başlamasıdı. Xəbəri Rio-2016-nın Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Mario Andrada da təsdiqləyib.
 
Hüseynzadə Rio-2016-da 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanan yığmamızın, eyni zamanda, 11 mükafata (1 qızıl, 8 gümüş, 2 bürünc) sahib paralimpiyaçılarımızın hansısa şikayətinin olmadığını dilə gətirib. Onun sözlərinə görə, bununla bağlı müraciət edilərsə, məsələ araşdırılacaq: “Bildiyiniz kimi, Rio Olimpiadasında bir qızıl medalımız olub və onu da Radik İsayev qazanıb. Hər halda, onun “qızıl”ı paslansaydı, bizə deyərdi. Əgər bizə müraciət edilərsə, bununla bağlı araşdırma aparacağıq”.
 
Qeyd edək ki, Rioda ümumilikdə 2488 medal verilib. Bundan başqa, paralimpiyaçılar da 100-lərə medala yiyələniblər.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.