|
|
|
|
Ağ evin kommunikasiya məsələləri üzrə direktoru Maykl Dabke istefa verib.
“Report” “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onun istefasını qəbul edib.
M.Dabke istefa ərizəsini mayın 18-də yazıb.
Qeyd edək ki, o, bu posta 2017-ci ilin fevralında təyin olunub.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn vəzifəyə təyin edildikdən 3 həftə sonra Rusiya ilə gizli danışıqlarla bağlı istefa verib. Milli təhlükəsizlik üzrə müşavirin müavini Ketlin Makfarlend isə bu vəzifədə cəmi 3 ay çalışdıqdan sonra postundan ayrılıb.