https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

"Qarabağ"da müntəzəm oynamaq "Trabzonspor"da ehtiyatda qalmaqdan yaxşıdır"

"Qarabağ"da müntəzəm oynamaq "Trabzonspor"da ehtiyatda qalmaqdan yaxşıdır"

Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiyanın Sportsdaily.ru saytına müsahibə verib.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın yeni transferi millimizin DÇ-2018-in seçmə mərhələsindəki oyunları, Ağdam klubuna keçidi və digər məsələlər haqda sualları cavablandırıb.

Müsahibəni bəzi ixtisarlarla təqdim edirik.

- DÇ-2018-in seçmə mərhələsində Norveçə uduzdunuz, San Marinoya qalib gəldiniz. Komandanızın final mərhələsinə yüksəlmək şansı qalmadı.

- Norveçlə matda oyunumuz istədiyimiz kimi alınmadı. San Marino üzərində inamlı qələbə isə bizi və azarkeşlərimizi ruhlandırdı. Hərçənd ki, bu qələbə qrupdan çıxmağımız üçün kifayət etmədi. Əvvəl hər şey qaydasında idi. Düşünürdüm ki, qrupda ikincilik uğrunda mübarizə apara bilərik. Ancaq öz səhvlərimizdən ardıcıl məğlubiyyətlərlə üzləşdik. Növbəti iki oyunu səfərdə keçirəcəyik. Maksimum xal toplamağa çalışacağıq.

- Müntəzəm olaraq Azərbaycan millisində çıxış edirsən. Bu oyunlar sənin üçün nə deməkdir?

- Təcrübə. Əvvəllər mən Almaniya kimi güclü komandaya qarşı oynamamışam. Bu cür rəqiblərə qarşı nə qədər çox oynasan, ustalıq səviyyən o qədər artar. Gələcəkdə komandamla daha çox təcrübə qazanacam.

- Bir ildən sonra Avro-2020-nin seçmə mərhələ oyunları başlayacaq. Hansı ki, bu turnirin bəzi matçları Bakıda və Sankt-Peterburqda keçiriləcək. Bu haqda nə düşünürsən?

- Təbii ki, biz final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çempionatın bəzi oyunlarının doğma ölkəmizdə keçirilməsi bizim üçün yaxşı stimuldur.

- Karyeranda sərt dönüş baş verdi. “Qarabağ”ın oyunçusu oldun. Bu, necə baş verdi?

- Yarım il “Jilina”da çıxış edəndən sonra “Qarabağ”dan təklif aldım. “Trabzonspor”la iki illik müqaviləm var. İndiki halda ən yaxşı variant “Qarabağ”da çıxış etməkdir. Ona görə də bu klubla icarə müqaviləsi bağladım.

- Karyeranın “Jilina” mərhələsini necə qiymətləndirirsən?

- Ümumilikdə pis demək olmaz. Qollar vururdum, yaxşı formada idim. Ancaq indi çətin ki, Slovakiyaya gedim.

- Niyə?

- Oranın məişətinə uyğunlaşmaq çətindir.

- “Trabzonspor”a qayıdıb, əsas heyətə düşmək şansın var idi?

- Bəli. Ancaq mən gözəl başa düşürəm ki, baş məşqçi mənə nə vaxt ümid bəsləyər, nə vaxt yox. İndi Türkiyəyə qayıtmaq vaxtı deyildi. "Qarabağ"da müntəzəm oynamaq “Trabzonspor”da ehtiyatda qalmaqdan yaxşıdır.

- Niyə məhz “Qarabağ”ı seçdin?

- İndiki halda mənim üçün ən yaxşı təklif idi. “Qarabağ”,  Bakı və Çempionlar Liqasında oynamaq xoşuma gəlir.

- Gələn həftə “Çelsi” ilə oyununuz var. Psixoliji cəhətdən oyuna hazırsınız?

- Əlbəttə hazırıq. 

- Çempionlar Liqasının debütantı belə titullu rəqiblə səfər görüşündə nəyə ümid edə bilər?

- Azarkeşlərin əksəriyyəti düşünə bilər ki, bizim heç bir şansımız yoxdur. Ancaq futbolda hər şey mümkündür. Biz İngiltərə çempionuna layiqli  müqavimət göstərdiyimizi sübut etməyə çalışacağıq.

- Bakıda sənə doğma olan mədəniyyətlə qarşılaşırsan. Bu sənin üçün vacib məqamdır?

- Bəli, Sankt-Pterburqdan Türkiyəyə gedəndə mənə çətin idi. Ancaq orda da özümü yaxşı hiss edirdim. Adaptasiya üçün bir ay vaxt lazım oldu. Slovakiyada mühitə uyğunlaşmaq isə daha ağır idi. Bakı mənim üçün Sankt-Peterburq kimidir. Burda özümü evdəki kimi hiss edirəm.

- “Çesli”, “Atletiko” və “Roma”ya qol vurmağını təsəvvürünə gətirirsən?

- Əlbəttə. Kim bunu təsəvvür etməz ki? Həqiqətən qol vurmağı çox istəyirəm. Ancaq ən vacibi qalib gəlməkdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.