|
|
|
|
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Pankisi dərəsində yerləşən Omalo və Duisi kəndlərində xüsusi əməliyyat keçirib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Onların evlərində axtarış zamanı külli miqdarda silah-sursat aşkarlanaraq müsadirə olunub.
Saxlanılan şəxslərin noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Əhməd Çatayevlə əlaqəli olduğu bildirilir.