|
|
|
|
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası arasında anlaşma memorandumu imzalanıb.
Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA kitabxanasında 9 milyonadək kitab saxlanılır. İlk öncə çıxış edən UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və MərkəziAsiya üzrə əməkdaşı Azərbaycana səfərləri və bu səfərlər müddətindəölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. O, bu memorandumun imzalanmasının eyni zamanda qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin,mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacağına imkan yaradacağını vurğulayıb.
Professor K.Tahirov, həmçinin, UCLA Kİtabxanası ilə əlaqələrinyaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü ifadə edib.
Sonra çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil (VirginiaSteel) Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqındabiliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, bu gün UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu qeydedib və bu tarixi mərasimdə iştirakından məmnun olduğunu bildirib. O, AMKv ə UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanmasının iki kitabxana arasında qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacağ ınainandığını qeyd edib.
Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti vəuğurlarını əks etdirən qısa film nümayiş etdirilib. Daha sonra iki kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və UCLA Kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.
Sonra professor K.Tahirov Azərbaycan Milli Ensiklopediyasının artıq nəşrolunmuş cildlərini, Azərbaycan Milli Kitabxanası haqqında foto albom və Azərbaycana dair digər kitabları UCLA Kitabxanasına təqdim edib.