|
|
|
|
Cənubi Koreya səfirliyinin maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Bakı K-pop Festivalı” təşkil ediləcək.
“İrəli”dən verilən məlumata görə, Bakı Musiqi Akademiyasında təşkil olunacaq tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Festivalın keçirilməsində məqsəd ölkəmizdə Koreya mədəniyyəti və musiqisini insanlara tanıtmaq və istedadlı gəncləri üzə çıxarmaqdır.
Qeyd edək ki, “Bakı K-pop Festivalı” artıq 4-cü ildir ki, Azərbaycanda keçirilir. 2017-ci ildə festivalda 34 qrup tərkibində 50 nəfər öz rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıblar.
Festivalda yalnız “K-pop” (Koreya pop musiqi) ifaçıları deyil, həmçinin, azərbaycanlı məşhur müğənnilərin ifaları dinləniləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək.
Festival aprelin 28-də, saat 14:00-da başlayacaq.
CEYHUN