|
|
|
|
Mədəniyyət naziri Əbülfəs Qarayev Təbrizin İslam dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı “Təbriz-2018” proqramının açılış mərasimində iştirak etməyəcək.
APA-nın məlumatına görə, səfərin təxirə salınmasının səbəbi nazirlikdə aparılan struktur dəyişikliyidir.
“Təbriz - 2018” proqramının açılış mərasimi aprelin 25-də İran prezidenti Həsən Ruhani və digər qonaqların iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
*** 13:33
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev İrana səfər edəcək.
Bu barədə APA-nın Tehran bürosuna İran prezidentinin müavini, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan məlumat verib.
Ə. Ə. Munisan bildirib ki, Ə. Qarayev Təbrizin İslam dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı “Təbriz-2018” proqramının açılış mərasimində iştirak edəcək. Mərasimə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri də qatılacaq.
“Təbriz - 2018” proqramının açılış mərasimi aprelin 25-də Təbrizdə İran prezidenti Həsən Ruhani və digər qonaqların iştirakı ilə baş tutacaq.
Ə. Ə. Munisan qeyd edib ki, Təbriz şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi Təbrizin ölkə daxilində və ölkədən kənarda tanınması üçün misilsiz bir imkandır. O, şəhərin bu önəmli hadisəyə hazır olduğunu söyləyib.