|
|
|
|
“Ermənistanın baş naziri Nikol Paşinyan yalan və cəfəngiyatlar səsləndirməklə məşğuldur. Onun bir neçə gün əvvəl “Exo Moskva” radiosuna verdiyi müsahibəsi də bunun növbəti sübutudur”.
Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. Əlavə edib ki, Paşinyanın Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkibində olmadığına dair yalan açıqlaması onun çoxdan erməni təbliğatının alətinə çevrildiyini göstərir: “Paşinyanın danışdıqları cəfəngiyatdır. Bu o deməkdir ki, Paşinyan çoxdan erməni təbliğatının alətinə çevrilib və özünüaldatma ilə məşğul olur. Sovet qanunlarına görə, heç kəs SSRİ-nin tərkibindən çıxmayıb. Sovetlər Birliyi süquta yetdi və sərhədlər sovet qanunlarına əsasən təyin edilməyib.
Belə bir beynəlxalq-hüquqi prinsip var - inzibati sərhədlər dövlət süquta yetirildikdən əvvəl necə idisə, o cür də qəbul edilərək tanınır. Bu, SSRİ-nin süqutuna son qoyan Almata bəyannaməsində öz əksini tapıb. Məhz həmin əsasda keçmiş Sovetlər Birliyinin respublikaları BMT-yə qəbul edilərək, beynəlxalq cəmiyyət tərəfindən təsdiqlənib. Buna görə də, təkrar edirəm ki, Paşinyanın sözləri cəfəngiyatdır.
Əgər sovet qanunlarını götürsək, Dağlıq Qarabağda referendum SSRİ-nin Ali Soveti tərəfindən səlahiyyət verilməli idi. Bu, olmadı. Referendumun nəticələri də SSRİ-nin Ali Soveti tərəfindən təsdiq edilməli idi. Buna görə də Paşinyanın bütün fikirləri boş və mənasızdır. Ermənilər bu fikirləri 25 ildir ki, təkararlayırlar. Dünyanın heç bir ölkəsində bu cür dəliləri yaxın belə buraxmırlar”.
Onun versiyasına görə, Ermənistanda yaşayan azərbaycanlıların ölkədən qaçması, erməni hökumətinin onları sivil qaydada yola salıdığı və heç bir zorakılıq faktı olmadığına dair fikirləri də heç bir fakta əsaslanmayan erməni təbliğatıdır: “Konkret faktlar var ki, 180 azərbaycanlı ya evlərində, ya da Azərbaycana gələrkən yolda öldürülüb. Bu cür köhnə erməni təbliğatına diqqət yetirmək istəməzdm”.
Paşinyanın Rusiya regionda gərginliyin qarşısını almaq kimi rola malik olmasına gəlincə, deputat deyib ki, Rusiyanın siyasi nüfuzu var, onun sözünə fikir verilir, lakin bununla yanaşı, Azərbaycanın öz hüquqları var: “Erməni ordusu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən tətbiq olunan istənilən güc nə Ermənistan-Rusiyanın müttəfiq münasibətlərinə, nə də KTMT sahəsinə aid deyil. Rusiya silahlı münaqişənin yaranmaması üçün siyasi təsir imkanına malikdir. Lakin Ermənistan işğalçı siyasətini davam etdirərsə, Azərbaycan gələcəkdə məcburi qaydada gücə əl atacaq. Belə olan halda Rusiya tərəfindən Ermənistana hərbi müdaxilədən söhbət gedə bilməz. Ermənistana Azərbaycanın güzəştləri barədə də suallar verilir. Bu suallar ona görə verilir ki, çünki məhz Ermənistan işğalçıdır. Paşinyan elə bilir ki, güzəştlərə getməyə hazırıq. Azərbaycan işğal olunmuş ərazilərlə bağlı Ermənistana danışıqlara güzəşt edəcək. Azərbaycan tərəfinin kompromis məsələsi Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onlara yüksək səviyyədə özünü idarə imkanı verməkdir”.
Paşinyan oğlunun Dağlıq Qarabağda xidmət etməsi barədə sayıqlamaları ermənilərin supertəkəbbürüdür: “Təkəbbür o həddə çatıb ki, o, işğalçılıq siyasəti və ərazilərin zəbt olunması faktının gizlətməyərək, oğlunu işğalçı erməni ordusunda xidmət etməyi nümayişkəranə göstərir. Bu insanı Dağlıq Qarabağa heç bir aiddiyyatı yoxdur. Bu, Paşinyanın dediyinin əksinə heç də sülhməramlı jest deyil. Bu, Azərbaycanın ərazilərini işğal etmiş ölkənin rəhbərinin hiddətə gətirən hərəkətidir”.
PƏRVANƏ