|
|
|
|
Milli Məclisin (MM) oktyabrın 16-da keçirilən iclasında "Lotoreyalar haqqında" qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Komitə sədri qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:
"Yeni dəyişiklikdə qeyd olunur ki, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar".
Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU