|
|
|
|
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olublar.
Burada əməkdaşlara mədəniyyət ocağı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muzeyin fondu xeyli zənginləşib.
Məlumat verilib ki, mühafizə olunan eksponatlar sırasında Naxçıvan Muxtar Respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, müxtəlif çeşidli əmək alətləri, paleolit və neolit dövrünə aid əşyalar, dən daşları, daş çəkiclər, sümük bizlər, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq, o cümlədən, milli geyimlər, bədii tikmə nümunələri və digər eksponatlar var. Həmçinin, burada elmi-tədqiqatlar işləri aparılır, sərgilər təşkil edilir, görüşlər, konfranslar, dəyirmi masalar, maarifləndirici tədbirlər keçirilir.
Bölmə əməkdaşları muzeyin ekspozisiya zalı ilə tanış olub, xatirə şəkili çəkdiriblər.