|
|
|
|
"Rusiya və Azərbaycan parlamentləri arasında yaxşı münasibətlər qurulub. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımızı inkişaf etdirəcəyik".
Secki-2020.az saytının xəbərinə görə, bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini Pyotr Tolstoy jurnalistlərə söyləyib.
Dövlət Dumasının vitse-spikeri Rusiya nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklərini bildirib. “Bizim üçün ölkənin suverenliyi və seçicilərin iradəsi əsasdır”, - deyə o əlavə edib.