|
|
|
|
“Azərbaycanda seçkilərin sağlam, ədalətli şəraitdə keçəcəyinə əminəm. Təbliğat kampaniyasında namizədlərin media vasitələrindən, internet resurslarından səmərəli yararlanması müsbət haldır”.
Bu fikirləri secki-2020.az saytına açıqlamasında ABŞ-ın Yutah Universitetinin professoru, politoloq Hakan Yavuz bildirib.
H.Yavuz qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir: “Hesab edirəm ki, yeni formalaşacaq parlament Azərbaycanın inkişafına təkan verəcək”.
“Azərbaycan regionun ən güclü ölkəsidir. Bunu qoruyub saxlamaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinə nail olmaq qarşıda duran ən vacib məsələlərdən biridir”, - deyə politoloq vurğulayıb.