|
|
|
|
Hindistanda 6 saatdan az müddətdə evlənən 2413 cütlüyün adları yalnız nikah şəhadətnaməsinə deyil, iki fərqli kateqoriyada Ginnesin Rekordlar Kitabına da yazılıb.
525.az Hindistan mətbuatının məlumatına əsasən xəbər verir ki, mayın 26-da ölkənin Racastan ştatında kütləvi toy mərasimi keçirilib. Mərasimdə müsəlman və hindu icmalarından 4826 nəfər 6 saatdan az bir müddətdə evlənib.
Beləliklə, "12 saatda ən çox evlənən cütlük" və "24 saatda ən çox evlənən cütlük" adlı iki ayrı kateqoriyada 2413 cütlük Ginnesin Rekordlar Kitabına düşüb.
Malik Atilay