|
|
|
|
NASA alimləri apardıqları ölçmələrdə 2023-cü ilin iyul ayının qeydlərin edildiyi 1880-ci ildən bəri ən isti ay olduğunu təsdiqləyib.
525.az xəbər verir ki, NASA açıqlamasında: "Ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın qeyd etdiyi bütün digər iyullardan 0,24 dərəcə Selsi, 1951-1980-ci illərin ortalama iyulundan isə 1,18 dərəcə isti olub", - deyə bildirib.
Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə isti olduğunu bildirən NASA, bu bölgələrdə orta hesabla təxminən 4 dərəcə yüksək temperatur artımlarının olduğunu vurğulayıb.
Qeyd edək ki, NASA-nın meteorologiya stansiyalarından əldə edilən səth hava istiliyi məlumatlarına görə, 1880-ci ildən bəri ən isti 5 iyul ayının son 5 ildə yaşandığı vurğulanıb.
Məhəmməd Tağıyev