|
|
|
|
Avstraliyalı sənətçi Stelark qoluna üçüncü qulaq əlavə edib. Sənətsevərlər onun qolundakı qulağı möhtəşəm olduğunu deyiblər.
Sterlak mətbuata açıqlamasında 1996-cı ildən bu proyekt üzərində çalışdığını deyib. O, qoluna yerləşdirdiyi qulağına wi-fi vasitəsilə mikrofon yerləşdirməyi planlaşdırır. Beləliklə, Sterlakın eşitdiyi hər şeyi internet vasitəsilə insanlar da eşidə biləcəklər.
Sterlak qulağı ilə bağlı bunları deyib: “Bu qulaq mənim üçün deyil. Mənim iki qulağım mənə bəs edir. Üçüncü qulağım vasitəsilə eşitdiyim hər şeyi insanlarla bölüşəcəyəm. Onlar internet vasitəsilə mənim qulağımın eşitdiyi səsləri eşidə biləcəklər”.
Stelarkın üçüncü qulağı sənət çevrələrində böyük marağa səbəb olub. Plastik əməliyyat vasitəsilə yerləşdirilmiş qulaq, artıq bədənə uyğunlaşa bilib və bədənin bir hissəsi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Sterlak bundan əvvəl özünü sərgi salonunda qarmaqlardan asmışdı. O, bu vasitə ilə tamaşaçıların münasibətini, ona qarşı verdiyi reaksiyaları öyrənmək istədiyini bildirib.
Senet.az