|
|
|
|
Qərb alimləri İncilin bu vaxta qədər məlum olmayan mətni ilə rastlaşıblar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2 elmi qrup ayrı-ayırılıqda tədqiqatlar apararaq “İsa Məsihin arvadının İncili” şərti adı verilən həmin mətnini öyrəniblər.
4 x 8 santimetr ölçüsündə olan papirusda yerləşən mətn kopt dilində yazılıb. Bizim eranın IV əsrinə aid edilən papirusda yalnız 8 ifadəni oxumaq mümkün olub – “… o mənim ardıcılım ola bilər”, “mən onunla buna görə yaşayıram ki…”, “İsa onlara dedi: mənim arvadım…”.
Papirusdakı “Mariya buna layiqdir…” ifadəsi isə alimlərə bu mətnin ya İsa Məsihin anası Məryəm ana yaxud da onun sadiq davamçısı Mariya Maqdalena tərəfindən yazıldığını deməyə əsas verir.
Qeyd edək ki, bəzi fərziyyələrdə Mariya Maqdalenanın İsa peyğəmbərin xanımı olduğu bildirilir. ABŞ-ın Kolumbiya, Harvard Universitetlərinin və Massaçusets Texnoloji İnstitutunun araşdırmaçılar qrupu papirusu və onun üzərindəki mürəkkəbin analizini apararaq mətnini orijinal olduğunu elan ediblər.
Elmi və dini dairələrdə ciddi rezonans doğuran mətn Vatikan tərəfindən saxta sənəd elan olunub.
Tarixdə İncilin Matvey, Mark, Luka və İohandan olan versiyaları məşhurdur.