Tanınmış skripkaçı Nəzrin Rəşidova fevralın 24-də Brüsseldə “BOZAR” İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, konsertin proqramına F.Şubert, Q.Qarayev, L.Qodovski, A.Məlikov, E.İzai və A.Dvorjakın əsərləri daxildir.
N.Rəşidova Daniel Qrimvud (fortepiano) ilə birgə çıxış edəcək.