|
|
|
|
1992-ci il. Azərbaycan Böyük Britaniya ilə diplomatik əlaqələr qurub.
1925-ci il. Teatr və kino aktyoru, Xalq Artisti Bəşir Səfəroğlunun doğum günü (1925-1969).
1941-ci ilin axırlarında cəbhəyə yollanan Bəşir 1942-ci ildə kontuziya alaraq geri qayıdıb. Dili tutulub, qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. Beləliklə, B.Səfəroğlu tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir həyəcanlanır, daxili iztirablar keçirirdi. Belə gərgin günlərdən birində yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan B.Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlanıb.
1878-ci il. Fransa Akademiyasının sessiyasında Tomas Edisonun icad etdiyi fonoqraf elmi şuraya təqdim olunub. Təqdimatı ilk telefon ixtiraçılarından biri, dünyada 20 abonentdən ibarət ilk telefon stansiyasını yaradan macar mühəndis Tivadar Puşkaş edib. O, iynənin vala toxunaraq nə cür səs cıxarması prosesini izah edib.
1955-ci il. Britaniyalı alim, bakterioloq, Nobel mükafatı laureatı Aleksandr Fleminq vəfat edib (1881-1955).
Ağız suyunun mikrobla təması nəticəsində parazitin məhv olduğunu aşkarlayan alim, bununla da dəriyə ziyan vermədən zərərli bakteriyaları məhv edən fermenti - lizosimi kəşf edib.