|
|
|
|
1993-cü il. Azərbaycan prezidenti Heydər Əliyev Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Bu, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi xarici ölkəyə ilk rəsmi səfəri idi.
19 dekabr - Beynəlxalq Yoxsullara Yardım Günüdür.
Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni, yarım milyard insan XX əsrdə dilənçi vəziyyətində olub.
Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
1997-ci il. Çin və Böyük Britaniya arasında imzalanmış birgə bəyannaməyə əsasən Honq Konq ərazisi üzərində suverenlik Çinə verilib. Çinin xüsusi statuslu bölgəsi olan Honq Konq 1698-ci ildə ingilislər tərəfindən ələ keçirilmişdi.