|
|
|
|
Aprelin 6-da Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores “Meksika, Fransa və Frankofoniya” adlı məruzə təqdim edib.
Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Frankofoniya Həftələri çərçivəsində keçirilən bu tədbirin məqsədi Meksikada fransız təsirinə və onun fransız dilinin istifadə olunması və öyrənilməsində əks olunmasına baxış keçirmək idi.
Səfir Labardini qeyd edib ki, fransız mədəniyyəti Meksikada memarlıq, mətbəx, dəb və əlbəttə ki, ədəbiyyat və fransız dilinin istifadəsi kimi sahələrdə, Meksikanın ictimai həyatında öz əksini tapıb.
Vurğulanıb ki, Meksika Frankofoniya üzrə Beynəlxalq Birliyinin Müşahidə Dövləti və fransız dilini öyrənən tələbələrin yüksək sayına görə Latın Amerikasının lider ölkədir.
Qeyd etmək lazımdır ki, Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İşveçrə Səfirlikləri ilə birgə bu Diplomatik Nümayəndəlik 1-22 aprel 2017 il tarixlərində keçirilən Fransız dili və Frankofoniya bayramını qeyd etməkdədir.
Ceyhun ABASOV