|
|
|
|
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşanı tərk edib.
Bu haqda məlumatı ZET radiostansiyası öz Twitter səhifəsində paylaşıb.
Polşanın Dövlət Sərhəd Xidməti Saakaşvilinin hansı ölkəyə getməsi və hansı sənədləri göstərməsi barədə verilən sualları cavablandırmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan hakimiyyət orqanı keçmiş prezidentin Polşada olması ilə bağlı ölkə hakimiyyətinə müraciət etmişdi.
Gürcüstanın Baş Prokurorluğunun təmsilçisi Natia Sonqulaşvili “İcmalçı” nəşrinə müsahibəsi zamanı bildirib ki, M.Saakaşvili Sandro Qirqvilianinin qətli, dövlət vəsaitlərinin israfçılığı, Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin amansızcasına döyülməsi, eləcə də “İmedi” teleşirkətinin zorla ələ keçirilməsi işləri üzrə ittiham olunur.
O həmçinin qeyd edib ki, ölkə qanunvericiliyinə görə, Saakaşvili 11 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, M.Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib.