|
|
|
|
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə başlayıb.
APA-nın məlumatına görə, Türkiyə vaxtı ilə saat 08.00-da başlayan səsvermədə Baş Konsulluğun xidmət ərazisinə daxil olan İstanbul, Bursa, Ədirnə, İzmir, Antalya və b. vilayətlərdə yaşayıb-işləyən, Konsulluqda qeydiyyatdan keçən Azərbaycan vətəndaşları iştirak edirlər.
Baş konsul Məsim Hacıyev APA-ya bildirib ki, Baş Konsulluğun xidmət ərazisində 906 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda səsvermə saat 19.00-da başa çatacaq. Seçkinin nəticəsinə dair protokol və bülletenlər bir neçə gün içində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndəriləcək.